Ana Sayfa > Gündəm > Milli Məclisin deputatı Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaş qəbulu keçirib


Bu gün, 10:27. Yazar: azer
Milli Məclisin deputatı Asif Əsgərov şəhid ailəsini ziyarət edib, vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Asif Əsgərov ilk olaraq Zaqatala rayonunun Yuxarı Tala kəndində şəhid Ömərov Sərxanın ailəsi ilə görüş keçirilib. Şəhidin ailə üzvləri ilə səmimi söhbət aparan millət vəkili onların qayğı və müraciətləri ilə maraqlanıb. Şəhidimizin evində yaradılmış xatirə guşəsi ziyarət olunub, onun əziz xatirəsi ehtiramla yad edilib.

Görüş zamanı qaldırılan məsələlər deputatın səlahiyyətləri çərçivəsində nəzarətə götürülüb.
Millət vəkili qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Asif Əsgərov daha sonra Aşağı Tala kəndində növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Müraciətlər əsasən kəndin içməli su təminatı, elektrik enerjisi ilə bağlı yaranan problemlər və kənddaxili yolların mövcud vəziyyəti ilə bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Deputatın səlahiyyətləri çərçivəsində olmayan müraciətlər isə aidiyyəti qurumlarına yönləndirilib və onların həlli nəzarətə götürülüb.

Qəbul zamanı olunmuş müraciətlər əsasında aztəminatlı ailələrə müvafiq maddi yardım göstərilib.
Görüşlərdə YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd üzrə icra nümayəndəsi və bələdiyyə sədri də iştirak ediblər.

Millət vəkili bildirib ki, seçicilərlə mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və qaldırılan məsələlərin aidiyyəti qurumlarla birgə həlli istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Sonda şəhid ailəsi və vətəndaş qəbulunda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar ölkə rəhbərliyi tərəfindən vətəndaşların müraciətlərinə və sosial məsələlərinə daim həssaslıqla yanaşılmasını, problemlərin diqqətdə saxlanılmasını və vətəndaş amilinin dövlət siyasətində hər zaman əsas prioritetlərdən biri kimi müəyyən edilməsini yüksək qiymətləndiriblər.
Geri dön