Ana Sayfa > Dünya > ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər

ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər


Bu gün, 07:53. Yazar: Subhan
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər

ABŞ Prezidentinin Ərəb və Afrika məsələləri üzrə baş müşaviri Massad Bulos Suriyadakı münaqişənin həlli ilə bağlı bu ölkənin Suveren Şurasının sədri Əbdül Fəttah əl-Burhan ilə danışıqlar aparıb.

aia.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, görüş Misirin Yeni Əl-Əlameyn şəhərində Afrika İttifaqının Koordinasiya Görüşü çərçivəsində baş tutub.

M.Bulos bildirib ki, Vaşinqton Sudan böhranına siyasi həll yolu tapmaq üçün Misir və digər regional və beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcək.

"Birləşmiş Ştatlar Sudan siyasi qüvvələri arasında hərtərəfli dialoqa və Sudanın gələcəyi üçün ilkin yol xəritəsinin hazırlanmasına aparan bütün səyləri dəstəkləməyə hazırdır", - o deyib.

Müşavirin sözlərinə görə, diplomatik səylər hərbi əməliyyatlara son qoymağa, təhlükəsizliyi bərpa etməyə və milli dialoq vasitəsilə mülki idarəetməyə keçməyə yönəlib.

aia.az
Geri dön