Ana Sayfa > Manşet / Dünya > Rusiya azərbaycanlıların da olduğu Türkiyə gəmisini vurdu -

Rusiya azərbaycanlıların da olduğu Türkiyə gəmisini vurdu -


Bu gün, 17:18. Yazar: Subhan
Rusiya azərbaycanlıların da olduğu Türkiyə gəmisini vurdu -

"İki Rusiya dronunun həyata keçirdiyi dəhşətli hücum nəticəsində neytral sularda qarğıdalı daşıyan və Türkiyəyə məxsus olan mülki gəmi vurulub".

aia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub:

"Təəssüf ki, artıq gəmi kapitanının həlak olduğu məlum olub. Başsağlığı verirəm. Hazırda daha bir şəxsin taleyi müəyyənləşdirilir. On bir ekipaj üzvü xilas edilib; onlardan biri yaralıdır.

Ukrayna vəziyyəti gərginlikdən çıxarmaq və Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün dəfələrlə konkret addımlar təklif edib. Üçüncü ölkələr də müvafiq təkliflər irəli sürüblər. Buna baxmayaraq, Rusiya normal dəniz naviqasiyası əvəzinə daim terroru və mülki gəmilərin batırılmasını seçir. Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq göstərilməsi zəruridir və bu məsələdə həqiqətən maraqlı olan hər kəs kömək etməlidir", - dövlət başçısı qeyd edib. /Unikal

aia.az
Geri dön