Ana Sayfa > Özəl > “Bitcoin” üçün 190 min dollarlıq ssenari: Bunun üçün iki şərt lazımdır

“Bitcoin” üçün 190 min dollarlıq ssenari: Bunun üçün iki şərt lazımdır


Bu gün, 18:14. Yazar: vasif
“Bitcoin” üçün 190 min dollarlıq ssenari: Bunun üçün iki şərt lazımdır



Hazırda təxminən 85 min dollar ətrafında olan “Bitcoin”in gələcəkdə 190 min dollar həddini keçə biləcəyi ilə bağlı yeni qiymət ssenarisi açıqlanıb.

“Strive Investment” şirkətinin vitse-prezidenti Adam Livingstonun hesablamasına görə, bunun üçün iki əsas şərt eyni vaxtda reallaşmalıdır. Qızılın bir unsiyasının qiyməti təxminən 15 faiz yüksələrək 4760 dollara çatmalı, “Bitcoin”in qızıla nisbəti isə 2024-cü ilin dekabrındakı 40 səviyyəsinə qayıtmalıdır.

Livingston hesab edir ki, bu iki şərt baş verərsə, “Bitcoin”in qiyməti təxminən 190 860 dollara yüksələ bilər.

Hazırda “Bitcoin”/qızıl nisbətinin 20,4 olduğu bildirilir. Bu isə 2024-cü ilin dekabrındakı zirvə ilə müqayisədə “Bitcoin”in qızıl qarşısında təxminən 49 faiz zəifləməsi deməkdir.

Lakin 190 min dollar rəqəmi konkret qiymət proqnozu və ya zəmanət deyil, müəyyən şərtlərə əsaslanan ssenaridir. Digər bazar qiymətləndirmələri daha aşağı göstəricilər nəzərdə tutur. Buna görə kriptovalyuta bazarındakı yüksək dəyişkənlik fonunda belə hesablamalar mümkün ssenarilərdən biri kimi qiymətləndirilməlidir.
Geri dön