Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > NATO pilotlarına Rusiya təyyarələrinə atəş açmağa icazə verildi

NATO pilotlarına Rusiya təyyarələrinə atəş açmağa icazə verildi


11-10-2015, 11:38. Yazar: admin

“Heç kim bilmir ruslar gələcəkdə nə edəcəklər”.

İraqda terrorçulara qarşı əməliyyatlarda iştirak edən NATO pilotlarına Rusiya hərbi təyyarələrinə atəş açmağa icazə verildi.

Oxu.Az-ın məlumatına görə, belə bir bəyanatla Böyük Britaniyanın “Daily Star Sunday” nəşri Birləşmiş Krallığın Müdafiə Nazirliyindəki mənbəyə istinadən çıxış edib.

Nəşrin məlumatına görə, belə bir əmr “hava-hava” tipli raket sisteminə malik Britaniyanın “Tornado” qırıcı-bombardmançılarının pilotlarına verilib.

“Daily Star Sunday” iddia edir ki, rəsmi London Yaxın Şərqdə vəziyyətin gərginləşməsində Rusiyanı güünahlandırır.

“Heç kim bilmir ruslar gələcəkdə nə edəcəklər. Biz onların Qərb qırıcıları ilə üzləşəcəyi təqdirdə nə edəcəklərini bilmirik. Toqquşma baş verə bilər və ya rusiyalı pilot təsadüfən vurula bilər”, - mənbə bildirib.
Geri dön