Ana Sayfa > Parlament > Qadın avtobusda qəflətən öldü
Qadın avtobusda qəflətən öldü15-04-2017, 16:09. Yazar: admin |
Gəncədə qadın sərnişin avtobusda qəflətən ölüb. AİA.Az-ın APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Gəncədə şəhər daxilində sərnişin daşıyan 7 saylı avtobusda qeydə alınıb. Şəhər sakini, 1961-ci il təvəllüdlü Hicran Cahangirova avtobusa minəndən sonra özünü pis hiss edərək yıxılıb. Ona dərhal yardım göstərilsə də, öldüyü məlum olub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. AİA.az Geri dön |