Ana Sayfa > Dünya > Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı


Dünən, 21:14. Yazar: vasif
Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin münaqişənin nizamlanması məqsədilə oktyabr ayında Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşə hazır olduğunu bəyan edib.

“aia.az” xəbər verir ki, onun sözlərinə görə, Vaşinqtondan olan nümayəndələr Moskva və Kiyevlə əlaqə saxlayaraq ayın sonunadək görüş keçirməyi təklif edirlər.

“Dünən mən onlara tərəfimizin bunu dəstəkləməyə hazır olduğunu təsdiqlədim”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, Ukrayna tərəfi bu görüşü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və ya ABŞ-nin təklif edəcəyi başqa bir ölkədə keçirməyə razıdır.
Geri dön