Ana Sayfa > Dünya > DƏHŞƏT! Bir gündə 22 min ildırım çaxdı: Ölənlər və böyük dağıntılar var
DƏHŞƏT! Bir gündə 22 min ildırım çaxdı: Ölənlər və böyük dağıntılar varBu gün, 17:57. Yazar: vasif |
![]() Son 24 saat ərzində Yunanıstanın Krit adasında və Egey dənizinin cənub hissəsində 22 minə yaxın ildırım çaxması qeydə alınıb. aia.az xəbər verir ki, bu barədə "dpa" agentliyi məlumat yayıb. Şiddətli leysan yağışları və fırtına adada genişmiqyaslı daşqınlara və böyük dağıntılara səbəb olub. Yunanıstan Meteorologiya Xidmətinin məlumatına görə, təkcə Retimno rayonunda 500 mm-dək yağıntı düşüb. Yağışların daha bir neçə saat davam edəcəyi, daha sonra havanın tədricən sabitləşəcəyi bildirilir. Təbii fəlakət nəticəsində Kritdə kənd təsərrüfatına ağır zərbə dəyib, geniş əkin sahələri tamamilə məhv olub. Bir çox ərazilərdə küçə və yollar su altında qalıb, yaşayış evləri zədələnib, elektrik enerjisinin verilməsində ciddi kəsintilər yaranıb. Adanın mərkəzi və şərq hissələrində xilasedicilər onlarca insanı su basmış evlərdən və avtomobillərdən təxliyə ediblər. Qərbdə isə Samarya dərəsində olan 8 ətraf mühit mühafizəsi əməkdaşının suyun səviyyəsi qalxdığı üçün xarici aləmlə əlaqəsi kəsilib. Ehtiyat ərzaqları olan əməkdaşların təhlükəsizlikdə olduğu və sular çəkiləndən sonra təxliyə ediləcəkləri bildirilib. Dəhşətli fırtına Rodos adasından da yan keçməyib. Burada ildırım vurması nəticəsində almaniyalı qadın turist həyatını itirib, onun həyat yoldaşı isə yüngül xəsarətlər alıb. Ərazidə yeni subasma riski saxlandığı üçün yerli hakimiyyət orqanları vəziyyəti xüsusi nəzarətdə saxlayır. Geri dön |