Ana Sayfa > Dünya > Nəhəng narkotik şəbəkəsinə ağır zərbə – 40 milyardlıq istehsalın qarşısı alındı

Nəhəng narkotik şəbəkəsinə ağır zərbə – 40 milyardlıq istehsalın qarşısı alındı


Bu gün, 12:30. Yazar: vasif
Nəhəng narkotik şəbəkəsinə ağır zərbə – 40 milyardlıq istehsalın qarşısı alındı


Qazaxıstanda böyük həcmdə sintetik narkotik istehsalı ilə məşğul olduğu bildirilən gizli laboratoriyanın fəaliyyəti dayandırılıb.

aia.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, qrup üzvləri Qazaxıstanda və qonşu ölkələrdə mefedron istehsalı ilə məşğul olublar.

Əməliyyat zamanı iki şübhəli saxlanılıb.

Qaraqanda vilayətində aşkar edilən laboratoriyadan sənaye tipli iri çən götürülüb. Çənin içərisində təxminən 16 ton istehsal tullantısı və müxtəlif mayelərin olduğu bildirilir.

İlkin hesablamalara görə, həmin xammal və maddələrdən 2 tona qədər narkotik vasitənin hazırlanması mümkün ola bilərdi.

Qazaxıstan DİN bunun qanunsuz dövriyyədəki dəyərinin təxminən 40 milyard tenge təşkil edə biləcəyini açıqlayıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Geri dön