Ana Sayfa > Ölkə > Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu - Foto
Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu - FotoBu gün, 17:53. Yazar: vasif |
![]() Ukraynada gedən döyüşlərdə daha bir soydaşımız həlak olub. “aia.az” xəbər verir ki, uzun illər Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov cəbhədə həyatını itirib. Z. Həbibov hələ 2014-cü ildə Antiterror Əməliyyatında (ATO) iştirak edərək Ukraynanı müdafiə etməyə başlayıb. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra həmin ilin iyun ayında yenidən xidmətə qayıdan soydaşımız cəbhədə döyüş tapşırıqlarını yerinə yetirməyə davam edib. O, 2026-cı il sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığını icra edərkən itkin düşüb. Bir neçə gün öncə Zaur Həbibovun həlak olması rəsmən təsdiqlənib.
Geri dön |