Ana Sayfa > Siyasət > Marketdən 1400 manat dəyərində lotereya biletləri oğurlandı - Saxlanılan var
Marketdən 1400 manat dəyərində lotereya biletləri oğurlandı - Saxlanılan varBu gün, 19:16. Yazar: vasif |
![]() Paytaxtın Səbail və Yasamal rayonlarında qeydə alınan oğurluq faktları ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib. “aia.az” xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Belə ki, Səbail rayonu ərazisində yerləşən marketlərə müştəri qismində daxil olaraq ümumilikdə 1400 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən A.İlyasov müəyyən olunaraq saxlanılıb. Yasamal rayonunda isə avtomobilin qapısının açıq qalmasından istifadə edərək nəqliyyat vasitəsinin salonundan mobil telefon və pul kisəsi oğurlamaqda şübhəli bilinən Ş.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Geri dön |