Ana Sayfa > Manşet / Siyasət > Göydəniz Qəhrəmanov: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib və bu, ölkənin öz taleyini özü müəyyən etməsinə imkan verən əsas amillərdəndir”
Göydəniz Qəhrəmanov: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib və bu, ölkənin öz taleyini özü müəyyən etməsinə imkan verən əsas amillərdəndir”Bu gün, 18:33. Yazar: azer |
![]() “Azərbaycanın siyasi müstəqilliyinin dayanıqlı olması üçün iqtisadi güc mühüm əhəmiyyət daşıyır. Dövlət öz resurslarına, istehsal imkanlarına və maliyyə potensialına nə qədər çox güvənirsə, milli maraqlar əsasında qərar qəbul etmək imkanları da bir o qədər geniş olur. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, YAP Sədri İlham Əliyevin iqtisadi müstəqillik barədə fikirləri bu həqiqəti bir daha önə çıxardı. Dövlət başçısının bildirdiyi kimi, Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib və bu, ölkənin öz taleyini özü müəyyən etməsinə imkan verən əsas amillərdəndir. Ümummilli Liderin hakimiyyətə gayıdışının ilk illərində əsas vəzifələrdən biri milli iqtisadiyyatın əsaslarını yaratmaq və təbii sərvətlərdən dövlətin maraqları naminə istifadə etmək idi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə daha geniş inteqrasiyasına, xarici sərmayənin cəlbinə və uzunmüddətli inkişaf üçün maliyyə imkanlarının formalaşmasına şərait yaratdı. YAP-ın siyasi fəaliyyəti də bu inkişaf strategiyasının ictimai dayaqlarının möhkəmləndirilməsinə xidmət edib. Partiyanın fəaliyyətində dövlətçilik, iqtisadi tərəqqi və sosial rifah məsələlərinin önə çəkilməsi sabitliyin və inkişafın vahid məqsədlər kimi qəbul edilməsindən irəli gəlir. Sabit siyasi mühit iqtisadi layihələrin həyata keçirilməsi və uzunmüddətli proqramların reallaşdırılması üçün mühüm zəmin yaradıb.” Millət vəkili Göydəniz Qəhrəmanov bunları aia.az-a açıqlamasında deyib. Deputat xüsusi olaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu iqtisadi xətt yeni mərhələdə daha geniş məzmun qazandı: “Enerji layihələri ilə yanaşı, qeyri-neft sektorunun inkişafı, sənaye və kənd təsərrüfatının genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması iqtisadiyyatın şaxələndirilməsinə xidmət etdi. Enerji resurslarından əldə olunan imkanların infrastruktur və inkişaf layihələrinə yönəldilməsi iqtisadi dayanıqlığı gücləndirdi. VIII-ci Qurultayda Prezident İlham Əliyevin Azərbaycanın enerji sahəsində imkanlarını xarakterizə edən fikirləri də bu baxımdan diqqət çəkir. Azərbaycan bu gün xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları istehsal və ixrac edir. Bu, enerji potensialının müxtəlif istiqamətlərdə dəyərləndirildiyini göstərir. İqtisadi gücün əhəmiyyəti bütün sahələrdə müşahidə olunur. Misal üçün işğaldan azad edilmiş ərazilərin bərpası prosesində də bunu görmək olar. Qarabağ və Şərqi Zəngəzurda bərpa layihələrinin dövlət vəsaiti hesabına həyata keçirilməsi Azərbaycanın maliyyə imkanlarını nümayiş etdirir. Prezident İlham Əliyevin qurultayda verdiyi məlumata görə, bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait xərclənib, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub. Böyük Qayıdışın sürətlənməsi üçün də iqtisadi imkanlar əsas resurslardan biridir.” Fikirlərini davam etdirən Parlament üzvü Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb: “Ulu Öndərin yaratdığı neft strategiyası və dövlətçilik təməlləri ölkənin iqtisadiyyatını gücləndirib. Prezident İlham Əliyev bu siyasəti uğurla dəvam etdirərək iqtisadi resursları sənayeləşməyə, infrastrukturun yenilənməsinə, regionların inkişafına və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə yönəldib. Beləliklə, iqtisadi müstəqillik sadəcə makroiqtisadi göstəricilərin məcmusu deyil. O, dövlətin gücü, milli layihələri öz imkanları hesabına həyata keçirməsi və ölkənin gələcəyini sərbəst planlaşdırması üçün imkan yaradır. Azərbaycanın bugünkü iqtisadi gücü Heydər Əliyevin müəyyən etdiyi strateji təməlin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə inkişaf etdirilməsinin nəticəsi kimi dövlətin gələcək hədəflərinə xidmət edir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini sona çatdırıb. Geri dön |