Ana Sayfa > Dünya > ABŞ Meksika ilə sərhədə ordu göndərdi
ABŞ Meksika ilə sərhədə ordu göndərdiBu gün, 12:47. Yazar: vasif |
![]() Narkotik kartellərinin hücumu təhlükəsinə görə ABŞ Meksika ilə sərhəddəki Rio Qrande vadisinə yüzlərlə əsgər yerləşdirib. NewsNation-ın məlumatı xəbər verir ki, əraziyə təxminən 500 əsgər yerləşdirilib. Bildirilir ki, bu addım ötən həftəsonu ABŞ Sahil Mühafizəsi heyətinin sərhədin Meksika tərəfindən atəşə tutulduğu Qarseno şəhəri yaxınlığında baş verən hadisə ilə əlaqədar atılıb. Qeyd edək ki, prezident Donald Tramp seçkiqabağı vədində Meksika ilə sərhədə divar çəkəcəyini vəd etmişdi. Geri dön |