Ana Sayfa > Dünya > İsrail Suriyanın cənubunu atəşə tutub

İsrail Suriyanın cənubunu atəşə tutub


Bu gün, 12:21. Yazar: vasif
İsrail Suriyanın cənubunu atəşə tutub


İsrail ordusu Suriyanın cənubundakı Quneytra əyalətindəki silahsızlaşdırılmış zonaya artilleriyadan atəş açıb.

Məlumatı “Al Mayadeen” telekanalı yayıb. Məlumata görə, mərmilər Əl-Mantarah bəndinin yaxınlığındakı kənd ərazisinə düşüb. Atəş nəticəsində sakinlər arasında itki barədə məlumat verilməyib.

Atəşdən sonra 12 hərbi maşından ibarət İsrail karvanı Maaria kəndinə daxil olub və orada radikal qruplarla əlaqəli yaraqlıları və silah anbarlarını axtarmaq üçün bir neçə məhəlləni təmizləyib. Şahidlərin sözlərinə görə, axtarış zamanı iki gənc saxlanılıb.

Son 24 saat ərzində İsrailin Cənubi Suriyaya ən azı beş hücumu qeydə alınıb. Dünən Breyqa, Cəbətə əl-Xəşab və Əl-Hamidiyyə kəndlərində əlavə hərbi nəzarət məntəqələri yaradılıb və bu, yerli əhalinin etirazlarına səbəb olub.

Qeyd edək ki, sentyabrın 23-də Suriya prezidenti Əhməd əl-Şaraa İsraildən 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən bəri işğal olunmuş bütün Suriya ərazilərindən işğalçı qüvvələrini çıxarmasını tələb edib. Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasının kürsüsündən çıxış edən siyasətçi bildirib ki, Qolan təpələri 1967-ci ildə ələ keçirilməsinə baxmayaraq, Suriya ərazisi olaraq qalacaq.
Geri dön