Ana Sayfa > Karusel / Gündəm / Siyasət > “Hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin”

“Hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin”


Bu gün, 21:06. Yazar: vasif
“Hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin”


Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında səsləndirdiyi bir fikir xüsusi diqqət çəkib:

“Hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin”.

aia.az xəbər verir ki, dövlət başçısı xaricdən qaynaqlanan ideoloji təxribatlardan danışıb, Azərbaycanın müstəqil siyasətinə və cəmiyyətin həyat tərzinə müdaxilə cəhdlərinə sərt cavab veriləcəyini bildirib.

Çıxışda konkret ölkələrin adı çəkilməsə də, bu mesajın İran və Türkiyədəki bəzi dini-siyasi çevrələrə də aid olduğu barədə şərhlər səslənir.

Dövlət başçısı onu da bildirib ki, Azərbaycan öz müstəqil siyasətini aparır və bir çox ölkələr üçün nümunəyə çevrilib. Buna görə də heç kim Azərbaycanın işlərinə qarışmağa, xalqın həyat tərzinə müdaxilə etməyə və ölkəyə yol göstərməyə çalışmamalıdır.
Geri dön