Ana Sayfa > Şou-biznes / Aia TV > Arıqlaması ilə gündəm oldu
Arıqlaması ilə gündəm olduBu gün, 17:42. Yazar: Subhan |
![]() Dünyaca məşhur model Adriana Limanın arıq bədən forması pərəstişkarlarının narahatlığına səbəb olub. aia.az xəbər verir ki, 45 yaşlı model Paris Moda Həftəsi çərçivəsində “Revolve Magazine”nin keçirdiyi tədbirdə iştirak edib. Ulduzun tədbirdəki görünüşü - son dərəcə arıq ayaqları və kəskin çənə xətti sosial şəbəkə istifadəçilərinin təəccübünə səbəb olub. Pərəstişkarları onun şəkillərinə “Bağışlayın, amma Adriana Limanın ayaqlarına nə olub?”, “Onun ayaqları mənim qollarımdan nazikdir”, “Ekstremal çəki itkisi”, “Nədən arıqlayıbsa, bu, əzələ kütləsinin itirilməsinə səbəb olub” kimi şərhlər yazıblar. Bir sosial şəbəkə istifadəçisi isə Limanın bu vəziyyətə düşməsinə “Ozempik” arıqlama preparatının səbəb olduğunu iddia edib. Bəzi pərəstişkarlar isə sosial şəbəkələrdə “Arıqlayıb, nə olsun ki? Model arıqlayıb, Allah Allah, nə böyük sensasiya!”, “Gözəldir. Ərinin bəxti çox gətirib”, - kimi şərhlərlə Limaya dəstək olublar. Qeyd edək ki, “Victoria's Secret”in ən tanınmış modellərindən biri olan Adriana Lima bu il əfsanəvi şounun podiumuna yenidən çıxacaq. “Victoria's Secret”in 2026-cı il nümayişi oktyabrın 18-də Los-Ancelesdə baş tutacaq. aia.az Geri dön |