Ana Sayfa > Siyasət > Qorbaçovdan yeni Qarabağ müharibəsi anonsu - FOTO

Qorbaçovdan yeni Qarabağ müharibəsi anonsu - FOTO


15-04-2017, 13:59. Yazar: admin
Qorbaçovdan yeni Qarabağ müharibəsi anonsu - FOTO



SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov dünyanın yeni müharibəyə doğru getdiyini söyləyib.

AİA.Az istipress-ə istinadən bildirir ki, Sovet İttifaqının birinici və sonuncu prezidenti bu bərədə Almaniyanın "Bild" tabloidinə müsahibəsi zamanı bildirib. Çağdaş dünyanın vəziyyətindən danışan Mixail Qorbaçov bildirib ki, dünyada soyuq müharibənin əlamətləri göz qabağındadır.

Keçmiş prezident vurğulayıb ki, iri dövlətlər arasında münasibətlər pisləşir. Onun fikrincə, bu, dünyanın müharibəyə hazırlaşması qənaətini doğurur. Siyasətçilər və yüksək çinli hərbçilər daha döyüşkən nitqlər söyləyirlər, kütləvi informasiya vasitələri isə vəziyyəti daha da qızışdırırlar.

Qorbaçovun sözlərinə görə, bir sıra regionlarla artıq silahlanma yarışı gedir. O bildirib ki, NATO və Rusiyanın qoşunları bu yaxınlara kimi yetərincə aralı yerləşmişdilər, indi isə onlar "burun-buruna" dayanıblar.

Təbii ki, Mixail Qorbaçov, ilk növbədə, Suriyanı nəzərdə tutur. NATO və Rusiya qoşunlarının "burun-buruna" dayandığı ikinci mövqe isə Ermənistan - Türkiyə sərhəddidir. Erməni general Yuri Xaçaturovun KTMT baş katibi seçilməsindən sonra Ermənistan hərbçiləri döyüşkən bəyanatlar verməyə başlayıblar.

Məsələn, Şuşanın işğalına rəhbərlik etmiş erməni general-mayor Arkadiy Ter-Tadevosyan (Komandos) dünən axşam verdiyi müsahibəsində ordularının son bir ildə çox gücləndiyini, lazım gələrsə, Azərbaycana qarşı "İskəndər"ləri istifadə edəcəklərini iddia edib. Təbii ki, vəziyyət belə olarsa, Türkiyənin, uyğun olaraq NATO-nun məsələyə qarışacağı qaçılmazdır.

Erməni politoloq İqor Muradyan "1in.am" saytına videomüsahibəsində tezliklə Ermənistan - NATO qarşıdurmasının qapçılmaz olacağını bildirmişdi. Onun fikrincə, bir müddətdən sonra Ermənistan da Suriya müharibəsinə cəlb ediləcək: "Ruslar Suriyada vuruşmağa məcburdurlar. İndiyə kimi orada 40 milyard dollar xərcləyiblər. Gün gələcək, Rusiya öz vassallarının da Suriyada vuruşmasını tələb edəcək. Ermənistanın da vuruşması məsələsi zamanla qaldırılacaq".

Ermənistanın artıq mövcud olmadığını, artıq Rusiyanın bir hissəsi olduğunu vurğulayan İqor Muradyan qərbin nə vaxtsa bununla bağlı haqq-hesab çəkəcəyini bildirmişdi:

"Nə vaxtsa Birləşmiş Millətlər Təşkilatında məsələ qaldırılacaq ki, biz müstəqil dövləti kmi, biz qərbin dostuyuqmu? NATO-nun və ABŞ-ın düşməniyikmi? Nəticəni buna görə çıxaracaqlar. Belə görünür ki, artıq gecdir".

Onun fikrincə, Trampın prezident seçilməsindən sonra hakimiyyət ABŞ hərbçilərinin əlinə keçib və onlar Rusiyanı cilovlayacaqlar:

"Artıq Cənubi Qafqaz sözü işlətmirlər. Təklikdə o, heç kimi maraqlandırmır. İndi Qara dəniz - Qafqaz bölgəsindən danışırlar. Bu, Rusiyanın qarşısını almaq elementidir. Baltik dənizindən Qara dənizə xətt çəkilir. Qafqazla birlikdə müdafiə zonası yaradılır. Amerikalılar yol verməzlər ki, ruslar bu xətdə bir addım belə irəliləsinlər ".

Göründüyü kimi, yaxın illərdə Azərbaycan - Ermənistan münaqişəsi zolağı çox gərgin qarşıdurma arenasına çevrilə bilər. Erməni general Yuri Xaçaturovun KTMT baş katibi seçilməsindən belə aydın olur ki, Rusiya da bu qarşıdurmaya hazırlaşır və Qarabağ cəbhəsində Ermənistanın mövqelərini maksimum gücləndirməyə çalışır. Azərbaycan da bu gərgin duruma hazır olmalıdır. Yəni rəsmi Bakı elə kurs tutmalıdır ki, Azərbaycan bu qarışıqlıqdan minimum zərər görməklə maksimum faydalansın.

AİA.az
Geri dön