Ana Sayfa > Özəl > Dünyada ən çox alınan şəhər avtomobilləri bəlli oldu: İlk onluq açıqlandı

Dünyada ən çox alınan şəhər avtomobilləri bəlli oldu: İlk onluq açıqlandı


Bu gün, 19:44. Yazar: vasif
Dünyada ən çox alınan şəhər avtomobilləri bəlli oldu: İlk onluq açıqlandı




2026-cı ilin əvvəlindən dünya üzrə şəhər avtomobillərinin satışında azalma qeydə alınıb. Ümumi satış həcmi 2,07 milyon avtomobil təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 13,6 faiz geriləmə deməkdir.

Məlumata görə, azalmanın əsas səbəblərindən biri Asiya bazarında satışların 21,7 faiz aşağı düşməsidir. Bunun əksinə olaraq, Avropada şəhər avtomobillərinə tələbat 22,2 faiz, Amerika qitəsində isə 17,2 faiz artıb.

Reytinqin lideri “Maruti Suzuki Wagon R” olub. Modelin satışları 10,4 faiz yüksəlib. İkinci yerdə “Suzuki Spacia” qərarlaşıb.

Siyahıda elektrik avtomobillərinin kəskin geriləməsi də diqqət çəkir. “Wuling Hongguang Mini EV”nin satışlarının 60,1 faiz, “BYD Seagull”un isə 63,1 faiz azaldığı bildirilir.

Dünyanın ən populyar 10 şəhər avtomobili:

Maruti Suzuki Wagon R — +10,4%

Suzuki Spacia — -1,6%

Wuling Hongguang Mini EV — -60,1%

Fiat Panda — +4,0%

Maruti Suzuki Alto — +55,5%

Suzuki Alto — +13,5%

BYD Seagull — -63,1%

Daihatsu Tanto — -1,0%

Daihatsu Move — +6,4%

Hyundai Grand i10 — +8,5%
Geri dön