Ana Sayfa > Özəl > Marketlərdə daha bir məhsul bahalaşdı: Qiyməti 10 manata çatdı

Marketlərdə daha bir məhsul bahalaşdı: Qiyməti 10 manata çatdı


Bu gün, 19:22. Yazar: vasif
Marketlərdə daha bir məhsul bahalaşdı: Qiyməti 10 manata çatdı



Ən çox alınan və nisbətən əlçatan ət məhsullarından hesab olunan toyuq filesinin qiymətində artım müşahidə edilir.

Son günlər bəzi marketlərdə məhsulun satış qiymətinin yüksəldiyi, ayrı-ayrı mağazalarda isə toyuq filesinin tapılmasında çətinlik yarandığı bildirilir.

Hazırda bəzi satış məntəqələrində toyuq filesinin bir kiloqramının qiyməti 10 manata qədər yüksəlib.

Alıcılar qiymət artımının xüsusilə gündəlik ərzaq xərclərinə təsir etdiyini bildirirlər. Toyuq əti bir çox ailənin qida səbətində geniş yer tutduğundan bahalaşma aylıq büdcəyə əlavə yük yaradır.

Qiymət artımının konkret səbəbləri və bahalaşmanın müvəqqəti olub-olmayacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Geri dön