Ana Sayfa > Ölkə > “Melissa Park”ın əməkdaşı külli miqdarda narkotiklə tutuldu
“Melissa Park”ın əməkdaşı külli miqdarda narkotiklə tutulduBu gün, 14:33. Yazar: Subhan |
![]() Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. aia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb. Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsində saxlanılan şəxsin üzərindən külli miqdarda narkotik vasitə aşkar edilib. Məlum olub ki, o, “Melissa Park” yaşayış kompleksində nəzarətçi vəzifəsində çalışır. Onun barəsində açılmış cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 29 sentyabr tarixli hökmü ilə Maqsud İbrahimova 3 il həbs cəzası verilib. Xatırladaq ki, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov 2025-ci ilin martın 28-i Yasamal rayonunda söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində həbs edilmişdi. Daha sonra o, ev dustaqlığına buraxılıb. aia.az Geri dön |