Ana Sayfa > Ölkə > Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı -

Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı -


Bu gün, 14:03. Yazar: Subhan
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı -

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb.

DİN Mətbuat Xidmətindən aia.az-a bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.

Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar.

aia.az
Geri dön