Ana Sayfa > Siyasət > "YAP Cənubi Qafqazın ən qüdrətli partiyasıdır" -

"YAP Cənubi Qafqazın ən qüdrətli partiyasıdır" -


Bu gün, 12:51. Yazar: Subhan
"YAP Cənubi Qafqazın ən qüdrətli partiyasıdır" -

Bu illər ərzində Azərbaycan öz siyasi, iqtisadi və hərbi qüdrətini ardıcıl şəkildə möhkəmləndirib, dövlətimizin beynəlxalq nüfuzu və regional mövqeləri daha da güclənib. Bu gün fəxrlə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük, ən monolit və ən qüdrətli partiyasıdır.

aia.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

"Bu gün qarşımızda daha böyük vəzifələr dayanır: Qələbəni qorumaq, davamlı sülhə nail olmaq, azad Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək, güclü iqtisadiyyat yaratmaq, insan kapitalını inkişaf etdirmək, sosial ədaləti və vətəndaş rifahını daha da yüksəltmək, gənclərimizin gələcəyinə yeni imkanlar açmaq – bütün bunlar qarşıdakı dövrün mühüm prioritetləridir", - deyə İdarə Heyətinin üzvü əlavə edib.

aia.az
Geri dön