Ana Sayfa > Cəmiyyət / Karusel > İranın Şərqi Azərbaycan vilayətində daşqın - 17 ölü, 37 yaralı

İranın Şərqi Azərbaycan vilayətində daşqın - 17 ölü, 37 yaralı


15-04-2017, 12:37. Yazar: admin
İranın Şərqi Azərbaycan vilayətində daşqın - 17 ölü, 37 yaralı



İranın şimal-qərbində baş verən daşqın nəticəsində ən azı 17 nəfər ölüb.

AzVision.az xəbər verir ki, bunu “İRİB” telekanalına açıqlamasında Şərqi Azərbaycan vilayətinin Böhran halları üzrə idarəsinin rəhbəri Xəlil Saeyi bildirib.

Onun sözlərinə görə, hazırda Əcəbşir rayonunda 14 nəfərin cəsədi tapılıb, daha üç nəfərin cəsədi Azərşəhr dairəsində suyun altından çıxarılıb: “Axtarış-xilasetmə əməliyyatları davam edir”.

O, qeyd edib ki, daşqın nəticəsində 37 nəfər xəsarət alıb.

AİA.az
Geri dön