Ana Sayfa > Ölkə > Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi

Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi


Bu gün, 11:37. Yazar: Subhan
Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi

Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.

aia.az Report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.

Qeyd edilib ki, hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

TƏBİB-dən bildirilib ki, saat 10:20 radələrində 11 oğlan, 3 qız zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: "Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".

aia.az
Geri dön