Ana Sayfa > Manşet / Siyasət > "İlk dəfədir qurultayımız Azərbaycan suverenliyini tam bərpa edəndən sonra keçirilir" -
"İlk dəfədir qurultayımız Azərbaycan suverenliyini tam bərpa edəndən sonra keçirilir" -Bu gün, 11:10. Yazar: Subhan |
![]() İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. aia.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı deyib. VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”. aia.az Geri dön |