Ana Sayfa > Siyasət / Karusel > Dünyanın gözü Türkiyədə: Seçkiyə saatlar qaldı - "Hə", yoxsa "Yox"?
Dünyanın gözü Türkiyədə: Seçkiyə saatlar qaldı - "Hə", yoxsa "Yox"?15-04-2017, 11:58. Yazar: admin |
Sabah - aprelin 16-da Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçiriləcək. AzVision.az xəbər verir ki, sandıqların qurulacağı 81 vilayət kamera ilə izlənəcək, ümumilikdə isə seçki məntəqlərini 17 min polis və əsgər qoruyacaq. Ölkə daxilində 55 milyon 319 min 222 seçici, 167 min 140 sandıqda səs verəcək. Bunun 1 milyon 269 min 282-i səs vermə gününə qədər 18 yaşı tamam olan yeni seçicilərdir. Səsvermə ölkənin əksər bölgələrində yerli vaxtla 08.00-da başlayacaq, 17.00-da başa çatacaq. Türkiyənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb, 16.00-da bitəcək. Referendumun gedişatını siyasi partiyaların 3 milyon üzvü izləyəcək. Ən çox nümayəndə hakim AKP-ni təmsil edir. Onların sayı 1 milyon nəfərdir. Bundan başqa səsvermə zamanı bütün əyləncə məkanları bağlı olacaq, spirtli içki təklif edən restoranlar fəaliyyət göstərməyəcək. Yalnız müəyyən yeməkləri sifariş etmək mümkün olacaq. Eyni zamanda icazəsi olan şəxslərə seçki günü silah gəzdirmək qadağan edilib. Konstitusiyaya təklif edilən 18 maddədən ibarət dəyişikliklər paketi ölkənin hazırkı parlamentar sistemindən imtina edib prezident üsul-idarəsinə keçidi nəzərdə tutur. Əgər Türkiyə xalqı referenduma “HƏ” desə, ölkədə mərkəzi icra hakimiyyətinin başçısı və hökumətin rəhbəri prezident olacaq. Daha əvvəl parlamentdə olan səlahiyyətlərin bir qismi və baş nazirin səlahiyyətlərinin əsas hissəsi prezidentə keçəcək. Bir sözlə, Türkiyə prezident respublikası olacaq. Bundan başqa prezidentin hər an parlamenti buraxmaq hüququ olacaq. Ölkədə Baş nazirlik sistemi 2019-cu ildə ləğv ediləcək. Deputatların sayı 550-dən 600-ə qədər artırılacaq. Deputat seçilmə yaşı isə 18-ə endiriləcək. Qeyd edək ki, ölkə xaricində yaşayan Türkiyə vətəndaşları artıq səs veriblər. Həmin səslər ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq. AİA.az Geri dön |