Ana Sayfa > İqtisadiyyat > Avropada Azərbaycan qazı uğrunda "savaş" qızışır – Keçmiş SSRİ ölkəsi də başladı
Avropada Azərbaycan qazı uğrunda "savaş" qızışır – Keçmiş SSRİ ölkəsi də başladıDünən, 23:00. Yazar: vasif |
![]() Moldova Rusiya qazından uzaqlaşaraq Azərbaycan, Türkmənistan və Qətərdən daha sərfəli qiymətə qaz almaq imkanlarını nəzərdən keçirir. aia.az xəbər verir ki, energetika üzrə rusiyalı ekspert İqor Yuşkov Moldovanın Azərbaycan, Türkmənistan və Qətərdən endirimli qaz almaq niyyətini şərh edib. Yuşkov bildirib ki, Türkmənistan qazının hazırda birbaşa Avropa bazarına çatdırılması üçün zəruri Transxəzər qaz kəməri mövcud deyil. Vaxtilə türkmən qazının Avropaya nəqlini də nəzərdə tutan “Nabukko” layihəsi müzakirə edilsə də, layihə həyata keçirilməyib. Ekspert Qətərdən qaz alınmasının da hazırkı şəraitdə çətinliklərlə üzləşdiyini bildirib. Yuşkov xüsusilə Azərbaycan qazına diqqət çəkərək bildirib ki, bu qazı almaq istəyənlərin sayı artır. Onun sözlərinə görə, Azərbaycan TAP və TANAP qaz kəmərləri vasitəsilə Türkiyədən keçməklə Avropaya, o cümlədən İtaliyaya qaz çatdırır. Mövcud ixrac imkanları və Avropada artan tələbat fonunda Azərbaycan qazı uğrunda rəqabət daha da güclənə bilər. Ekspert hesab edir ki, Moldova Azərbaycan qazını ala bilər, lakin bunun üçün digər alıcılardan daha cəlbedici kommersiya şərtləri təklif etməli olacaq. “Azərbaycanın Moldovaya qazı endirimlə satması üçün heç bir səbəb yoxdur”, – İqor Yuşkov bildirib. Avropa İttifaqının Rusiya boru kəməri qazının idxalını mərhələli şəkildə dayandırması planı da regionda alternativ qaz mənbələri, o cümlədən Azərbaycan qazı uğrunda rəqabəti artıra bilər. Geri dön |