Ana Sayfa > İdman > FIFA “Fənərbaxça”nın transfer qadağasını götürdü
FIFA “Fənərbaxça”nın transfer qadağasını götürdüBu gün, 20:30. Yazar: vasif |
![]() FIFA “Fənərbaxça”ya tətbiq etdiyi 3 transfer pəncərəsi müddətinə qoyulan qadağanı ləğv edib. “aia.az” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə məlumat ali futbol qurumunun rəsmi saytında yer alıb. Məlumata görə, “sarı-lacivərdlilər” mərakeşli hücumçu Yusuf En-Nesirinin transferi ilə bağlı borcunu tam tənzimlədikdən sonra FIFA tərəfindən qoyulan məhdudiyyət götürülüb. Bu addımla İstanbul təmsilçisi növbəti transfer pəncərələrində heç bir maneə olmadan yeni futbolçular heyətə qata biləcək. Geri dön |