Ana Sayfa > Ölkə > Kişi onunla toya getməyən arvadını amansızcasına DÖYDÜ
Kişi onunla toya getməyən arvadını amansızcasına DÖYDÜBu gün, 18:11. Yazar: vasif |
![]() Tərtərdə ər arvadını döyüb. Hadisə Hacıqərvənd kəndində baş verib. 33 yaşlı İltimas Vahidov (şərti adla) yaşadıqları evdə həmyaşıdı olan arvadı Güneli təpik və yumruq zərbələri ilə döyüb. Hadisəyə səbəb isə Günelin İltimasla birgə toya getməməyi olub. Məlumata görə, İltimas sinif yoldaşının Bərdədə baş tutacaq toyuna getməyi Günelə təklif edib. Lakin qadın getməyib. Toya tək gedib qayıdan İltimas evdə Günelə toya getməməyinin səbəbini soruşub və bu zəmində aralarında mübahisə yaranıb. Zərərçəkənin sözlərinə görə mübahisə zamanı İltimas təpiklə onun qarnına vurub. O, yerə yıxılandan sonra isə əvvəl təpik, sonra isə yumruqla üz və baş nahiyəsinə ard-arda vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb. Fakt əsasında İ. Vahidov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxs 2012-ci ildə ailə qurduqlarını və bu nikahdan 3 uşaqlarının olduğunu deyib. İ. Vahidov arvadından üzr istədiyini, ona dəymiş ziyanı ödədiyini bildirib. Zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyərək, cinayət işinə xitam verilməsini istəyib. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və İltimas Vahidov məsuliyyətdən azad olunub./Lent.az Geri dön |