Ana Sayfa > Özəl > Pakistan və Əfqanıstan arasında təhlükəli eskalasiya: Sərhəddə qarşılıqlı zərbələr artır
Pakistan və Əfqanıstan arasında təhlükəli eskalasiya: Sərhəddə qarşılıqlı zərbələr artırBu gün, 22:16. Yazar: vasif |
![]() Pakistan və Əfqanıstan arasında gərginlik yenidən yüksəlib. Əfqanıstan tərəfinin məlumatına görə, Pakistanın son hava zərbələri nəticəsində 9 nəfər ölüb, 11 nəfər yaralanıb və bir neçə bina dağılıb. Kabil baş verənləri Əfqanıstan ərazisinə hücum kimi qiymətləndirib. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, iki ölkə arasında oxşar qarşıdurmalar il ərzində bir neçə dəfə təkrarlanıb. Pakistan Əfqanıstan ərazisində fəaliyyət göstərdiyini bildirdiyi silahlı qrupları hədəfə aldığını əsas gətirir, Taliban hakimiyyəti isə bu əməliyyatları ölkənin suverenliyinin pozulması hesab edir. İslamabad xüsusilə “Təhrik-e-Taliban Pakistan” (TTP) və “Bəlucistan Azadlıq Ordusu” kimi silahlı qrupların Əfqanıstan ərazisində sığınacaq əldə etdiyini iddia edir. Əfqanıstan hakimiyyəti isə Pakistanın bu ittihamlarını qəbul etmir. Qarşıdurmanın digər mühüm səbəbi 2670 kilometrə yaxın Durand xəttidir. XIX əsrin sonunda müəyyənləşdirilmiş bu sərhəd xəttinin statusu uzun illərdir tərəflər arasında mübahisə yaradır. Sərhəd boyunca silahlı qrupların fəaliyyəti isə vəziyyəti daha da mürəkkəbləşdirir. Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı gərginliyin azaldılması istiqamətində vasitəçilik təşəbbüsləri göstərsələr də, qarşılıqlı hücumların qarşısını tam almaq mümkün olmayıb. Hazırkı hadisələri Pakistan və Əfqanıstan arasında rəsmi müharibənin başlanması kimi təqdim etmək üçün əsas yoxdur. Lakin hava zərbələri və sərhəddəki qarşılıqlı hücumların davam etməsi iki qonşu ölkə arasında daha geniş hərbi eskalasiya riskini artırır. Geri dön |