Ana Sayfa > Gündəm / Karusel > “BakuBus” sürücülərinin maaşı azaldılıb? - İddialara cavab

“BakuBus” sürücülərinin maaşı azaldılıb? - İddialara cavab


15-04-2017, 11:56. Yazar: admin
“BakuBus” sürücülərinin maaşı azaldılıb? - İddialara cavab



"BakuBus”da maaşların azaldılması və bu səbəbdən bəzi sürücülərin işdən çıxması ilə bağlı məlumatlara aydınlıq gətirilib.
"BakuBus”un mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, yayılan məlumatlar tamamilə yalnışdır, maaşların azaldılmasından söhbət gedə bilməz.

"Bunu sürücü kursuna qatılmaq üçün müraciət edənlərin sayının çoxluğu sübut edir. Həmçinin sürüclərin maaşı da azaldılmayıb və ümumiyyətlə, hər hansı maaş azaldılmasından söhbət gedə bilməz. Əvvəllər sürücülərin necə pul qazanmasını hamı yaxşı bilirdi”.

Qurumun sözçüsü qeyd edib ki, əvvəlki vaxtlardan fərqli olaraq indi sürücülər qanunvericiliyin tələblərinə uyğun iş şəraiti, iş saatı, istirahət, məzuniyyət və məvaciblə təmin olunurlar.(azvision)

AİA.az
Geri dön