Ana Sayfa > Özəl > İrəvan qazla bağlı alternativləri masaya qoydu: Paşinyandan Rusiya qiymətləri barədə açıqlama

İrəvan qazla bağlı alternativləri masaya qoydu: Paşinyandan Rusiya qiymətləri barədə açıqlama


Bu gün, 19:00. Yazar: vasif
İrəvan qazla bağlı alternativləri masaya qoydu: Paşinyandan Rusiya qiymətləri barədə açıqlama



Ermənistan qaz təchizatı ilə bağlı müxtəlif ssenariləri nəzərdən keçirir. Bunu ölkənin Baş naziri Nikol Paşinyan Rusiya qazının qiymətinin artırılması ehtimalı barədə danışarkən bildirib.

Paşinyanın sözlərinə görə, hazırda Moskvadan tariflərin artırılacağına dair hər hansı siqnal daxil olmayıb. Buna görə də hökumət konkret qiymət artımını müzakirə etmir.

“Vəziyyəti necə idarə edəcəyimizi düşünürükmü? Bəli. Çünki bu, yeni məsələ deyil”, – Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, qaz qiymətləri ilə bağlı məsələ 2018-ci ildən etibarən demək olar hər il gündəmə gəlir. Paşinyan alternativ ssenarilərin nəzərdən keçirildiyini desə də, onların konkret olaraq nədən ibarət olduğunu açıqlamayıb.
Geri dön