Ana Sayfa > İdman > Ronaldo Portuqaliya millisini tərk etdi
Ronaldo Portuqaliya millisini tərk etdiBu gün, 12:12. Yazar: Subhan |
![]() Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo Portuqaliya milli komandasının heyətindən ayrılıb. aia.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib. Ronaldo Danimarka ilə oyundan əvvəl baş məşqçi Xorxe Jezusla yaranmış münaqişədən sonra bu addımı atıb: "Milli komandanın baş məşqçisinin mətbuat konfransından sonra və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətin nəticəsində milli komandanın düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı gələndə Portuqaliya xalqına hər zaman milli komandaya özümü tam həsr etməyimə baxmayaraq, nə üçün bu qərarı qəbul etdiyimi izah edəcəyəm. Milli komandanın qalan oyunlarında istisnasız olaraq hər kəsə uğurlar arzulayıram". Qeyd edək ki, Ronaldo həm də "Əl-Nəsr" komandasının hücumçusudur. aia.az Geri dön |