Ana Sayfa > Ölkə > Prokurorluq Kürdəmirdəki kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı

Prokurorluq Kürdəmirdəki kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı


Bu gün, 12:01. Yazar: Subhan
Prokurorluq Kürdəmirdəki kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı

Sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə aia.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

aia.az
Geri dön