Ana Sayfa > Dünya > “Kərki deyirsinizsə, biz də Gəncə, Bakı və Bərdəni...” – "Əfsanəvi kəşfiyyatçı"dan sərsəm açıqlama

“Kərki deyirsinizsə, biz də Gəncə, Bakı və Bərdəni...” – "Əfsanəvi kəşfiyyatçı"dan sərsəm açıqlama


Bu gün, 01:01. Yazar: vasif
“Kərki deyirsinizsə, biz də Gəncə, Bakı və Bərdəni...” – "Əfsanəvi kəşfiyyatçı"dan sərsəm açıqlama


Ermənistanda Kərki kəndinin adı ətrafında müzakirələr yenidən kəskinləşib.

Baş nazir Nikol Paşinyanın “Kərki” toponimindən istifadə etməsi erməni siyasi dairələrində etirazla qarşılanıb.

Erməni kəşfiyyatçısı “Kandaz” ləqəbli Artur Avanesyan 24News-a açıqlamasında Paşinyanın bu cür ifadələrinə sərt reaksiya verilməli olduğunu bildirib.

Avanesyan iddia edib ki, buna reaksiya göstərilməzsə, Paşinyan eyni tezisləri təkrar-təkrar səsləndirmək imkanı qazanacaq. Onun fikrincə, nəticədə beynəlxalq ictimaiyyətdə ermənilərin “Kərki” adının işlədilməsi ilə razılaşdığı təəssüratı yarana bilər.

O, məsələni Azərbaycan şəhərlərinin adları ilə müqayisə edərək sərsəm ifadələrində bildirib ki, “əgər İrəvanda Tiqranaşeni Kərki adlandırırlarsa”, eyni məntiqlə ermənilər Gəncəni “Gandzak”, Bərdəni “Partav”, Bakını isə “Bakurakert” adlandıra bilərlər.

Avanesyan həmçinin anklavlarla bağlı məsələlərin diplomatik yolla həllinin mümkün olduğunu söyləyib. O, Başkənd məsələsini də bu kontekstdə xatırladaraq Paşinyan hökumətini prosesi uzatmaqda ittiham edib.

Qeyd edək ki, Kərki Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid kəndidir və hazırda Ermənistanın işğalı altındadır. Kənd Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və anklavlar məsələsi ilə bağlı müzakirələrdə gündəmə gələn əsas ərazilərdən biridir.

“Kandaz” ləqəbli Artur Avanesyan isə Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılmış silahlı fəaliyyətin iştirakçılarından olub. O, 1990-cı illərdən Azərbaycanın həmin dövrdə işğal altında olan Qarabağ bölgəsində erməni silahlı birləşmələrinin kəşfiyyat-diversiya strukturlarında xidmət edib, Ağdərə istiqamətində Azərbaycan qüvvələrinə qarşı döyüşüb.

Avanesyan 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ildə Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirləri zamanı da Azərbaycan qüvvələrinə qarşı cinayətkar qruplaşmada göstərib.Musavat.com
Geri dön