Ana Sayfa > Parlament > Ombudsmanla bağlı dəyişiklik

Ombudsmanla bağlı dəyişiklik


Bu gün, 12:16. Yazar: Subhan
Ombudsmanla bağlı dəyişiklik

“İnsan hüquqları üzrə müvəkkilin sosial-maddi təminatı ilə bağlı dəyişikliklər yanvarın 1-dən tətbiq olunacaq”.

aia.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklərin müzakirəsi zamanı deyib.

Əli Hüseynli bildirib ki, bu ilin yaz sessiyasında dövlət orqanlarında dövlət qulluğunda əmək haqqının ödənişi ilə bağlı mühüm layihə qəbul edilib və Ombudsman da bu prosesdən kənarda deyil.

Onun sözlərinə görə, Ombudsmanın sosial-maddi təminatı ilə bağlı Konstitusiya qanununa əlavə dəyişiklik edilib və hazırda məsələ ikinci səsverməyə çıxarılıb.

Deputat qeyd edib ki, qanun ikinci səsvermədən sonra qəbul edilərək qüvvəyə minəcək, lakin dəyişikliklər yanvarın 1-dən tətbiq olunacaq.

aia.az
Geri dön