Ana Sayfa > Parlament > Təhsil Məcəlləsi hazırlansın -

Təhsil Məcəlləsi hazırlansın -


Bu gün, 12:11. Yazar: Subhan
Təhsil Məcəlləsi hazırlansın -

Azərbaycanda ayrıca Təhsil Məcəlləsinin hazırlanması təklif edilib.

aia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, dünyada baş verən proseslər təhsil sahəsində islahatların sürətləndirilməsini, qanunvericilik bazasının təkmilləşdirilməsini və gücləndirilməsini zəruri edir.

C.Məmmədovun sözlərinə görə, “Təhsil haqqında” qanuna yenidən baxılmasına, ali təhsil və distant təhsil haqqında qanunların hazırlanaraq qəbul edilməsinə ehtiyac var.

O, gələcəkdə ayrıca Təhsil Məcəlləsinin hazırlanmasını da təklif edib.

aia.az
Geri dön