Ana Sayfa > Parlament / Karusel > İctimai müzakirələr bölgələrə də daşınsın –
İctimai müzakirələr bölgələrə də daşınsın –Bu gün, 12:10. Yazar: Subhan |
![]() "İctimai müzakirələr Milli Məclisin müvafiq komitələrinin iştirakı ilə bölgələrdə də keçirilməlidir". aia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bugünkü plenar iclasında deyib. Deputat bildirib ki, bölgələrdə keçiriləcək müzakirələr zamanı müxtəlif sahələr üzrə yerli əhalinin və maraqlı tərəflərin fikirlərinin öyrənilməsi qanunvericiliyin hazırlanmasına fayda verə bilər. E.Nəsirov iqtisadi məsələlərlə bağlı sahibkarlarla, sosial məsələlərlə bağlı vətəndaşlarla, kənd təsərrüfatı məsələləri üzrə isə fermerlərlə görüşlərin keçirilməsini təklif edib. Onun sözlərinə görə, bu yolla qanunlarla bağlı yerli əhalinin və konkret sahələrdə fəaliyyət göstərən şəxslərin mövqelərini daha dərindən öyrənmək mümkün olar. aia.az Geri dön |