Ana Sayfa > Özəl > Trampdan Şimali Koreya və İranın nüvə silahı ilə bağlı suala gözlənilməz cavab

Trampdan Şimali Koreya və İranın nüvə silahı ilə bağlı suala gözlənilməz cavab


Bu gün, 20:14. Yazar: vasif
Trampdan Şimali Koreya və İranın nüvə silahı ilə bağlı suala gözlənilməz cavab




ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla şəxsi münasibətlərindən danışaraq onu öz dostu adlandırıb.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Trampdan Şimali Koreyanın nüvə silahına sahib olması ilə İranın nüvə proqramına münasibət arasındakı fərqin səbəbi soruşulub.

ABŞ Prezidenti cavabında Kim Çen Inla münasibətlərinə diqqət çəkərək bildirib: “O, mənim dostumdur. O, Trampı sevir”.

Tramp Şimali Koreya liderinə qarşı müsbət münasibət bəslədiyini də gizlətməyib. Onun sözlərinə görə, ABŞ administrasiyasına rəhbərlik etdiyi müddətdə Kim Çen In üçün hər şey yaxşı olacaq.

“Bilirsiniz niyə? Çünki o, mənə hörmət edir”, – deyə Tramp vurğulayıb.

ABŞ liderinin açıqlaması Şimali Koreya və İranın nüvə proqramlarına münasibətlə bağlı verilən suala şəxsi münasibətlər üzərindən cavab kimi diqqət çəkib.
Geri dön