Ana Sayfa > Özəl > Rusiya Kalininqradın blokadası halında nüvə silahından istifadə edə biləcəyini açıqladı

Rusiya Kalininqradın blokadası halında nüvə silahından istifadə edə biləcəyini açıqladı


Bu gün, 19:43. Yazar: vasif
Rusiya Kalininqradın blokadası halında nüvə silahından istifadə edə biləcəyini açıqladı




Rusiyanın İrlandiyadakı səfirliyi NATO-nun Kalininqrad vilayətini ölkənin əsas ərazisindən təcrid etməyə cəhd göstərəcəyi təqdirdə Moskvanın nüvə silahından istifadə imkanını istisna etmədiyini bildirib.

Diplomatik nümayəndəliyin açıqlamasında qeyd olunub ki, Kalininqradın hava və dəniz blokadasına alınması istiqamətində mümkün addımlara Rusiya ən sərt vasitələrlə cavab verə bilər. Səfirlik belə bir vəziyyətdə nüvə silahı da daxil olmaqla, ölkənin bütün hərbi arsenalından istifadəyə hazır olunduğunu bəyan edib.

Açıqlamada NATO-nun Kalininqradı blokadaya almağa hazırlaşdığına dair məlumatların daxil olduğu da iddia edilib.

Bununla yanaşı, Rusiya səfirliyi Moskvanın Avropa ölkələrinə hərbi müdaxilə planının olmadığını və onlarla münasibətləri daha da gərginləşdirmək niyyəti daşımadığını vurğulayıb.
Geri dön