Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Əsgərlikdən qaçan gəncin meyiti tapıldı

Əsgərlikdən qaçan gəncin meyiti tapıldı


10-10-2015, 13:26. Yazar: admin
Əsgərlikdən qaçan gəncin meyiti tapıldı
Müdafiə Nazirliyi məlumat yaydı.

Oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib.

Məlumata görə, həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti aşkar edilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Geri dön