Ana Sayfa > Dünya > Pentaqon həmin vəzifələrin sayını 20% azaltmağı planlaşdırır

Pentaqon həmin vəzifələrin sayını 20% azaltmağı planlaşdırır


Bu gün, 09:25. Yazar: Subhan
Pentaqon həmin vəzifələrin sayını 20% azaltmağı planlaşdırır

ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ silahlı qüvvələrindəki general və admiral vəzifələrinin sayını 20% azaltmağı planlaşdırır.

aia.az xəbər verir ki, bu barədə “Fox News” daxili sənədlərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Pentaqon rəhbəri sentyabrın əvvəlində Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və birləşmiş hərbi kadrlar heyəti üzrə ixtisar planlarını təsdiqləyib.

Yeni hədəf, onun ötən il müəyyən etdiyi general və admiral vəzifələrinin ümumi sayında 10%-lik ixtisar göstəricisindən iki dəfə çoxdur

aia.az
Geri dön