Ana Sayfa > Dünya > Fransada kütləvi tətil dalğası: yaralananlar və həbs edilənlər var
Fransada kütləvi tətil dalğası: yaralananlar və həbs edilənlər varDünən, 23:44. Yazar: vasif |
![]() Fransada kütləvi tətil və etirazlar: Yüz minlərlə dövlət qulluqçusu küçələrə çıxdı, məktəblər bloklandı aia.az xəbər verir ki, Fransada dövlət sektorunda çalışanların keçirdiyi kütləvi etiraz aksiyaları və tətillər ölkə üzrə geniş vüsət alıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişlərdə ümumilikdə 206 minə yaxın şəxs iştirak edib, onların 30 mini yalnız Parisdə küçələrə çıxıb. Ümumi Əmək Münasibətləri Konqresinin göstəricilərinə əsasən, Marseldə 30 min, Tuluzada 11 min, Lill və Bordoda 10 min, Lion və Orleanda isə 8 min nəfər etirazlara qoşulub. Ölkə üzrə müəllimlər, tibb işçiləri, vergi müfəttişləri, bələdiyyə və regional xidmət əməkdaşları, eləcə də yanğınsöndürənlərin iştirakı ilə 160 nümayiş planlaşdırılıb. Etirazçıların əsas tələbi inflyasiya şəraitində əməkhaqqının artırılması, kadr çatışmazlığının aradan qaldırılması və siniflərdə şagird sıxlığının azaldılmasıdır. Aksiyalar təhsil sisteminə də ciddi təsir göstərib. Təhsil Nazirliyinin məlumatına görə, 316 məktəbdə etirazlar və iğtişaşlar baş verir, onlarca orta məktəb tamamilə bloklanıb. Bütün Fransa üzrə məktəb işçilərinin 38 faizi tətildə iştirak edir. Təkan verən aksiyalara müəllimlər, psixoloqlar və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim köməkçiləri de qoşulub. Aksiyalar zamanı nümayişçilərlə hüquq-mühafizə orqanları arasında toqquşmalar qeydə alınıb. Zibil qutularının yandırıldığı, polisə tərəf mərmilərin atıldığı bildirilir. Hadisələr nəticəsində şagirdlər, təhsil işçiləri və güc strukturlarının əməkdaşları daxil olmaqla çoxlu sayda insan xəsarət alıb, xeyli sayda etirazçı saxlanılıb. Geri dön |