Ana Sayfa > Özəl > SEPAH-dan amerikalılara gözlənilməz çağırış: “İrana gəlin, özünüz görün”

SEPAH-dan amerikalılara gözlənilməz çağırış: “İrana gəlin, özünüz görün”


Dünən, 22:00. Yazar: vasif
SEPAH-dan amerikalılara gözlənilməz çağırış: “İrana gəlin, özünüz görün”




İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi ABŞ vətəndaşlarına qeyri-adi çağırış edərək onları İrana səfərə dəvət edib.

Mohebi “SEPAH-ın Amerika xalqına müraciəti” mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, amerikalılar ölkəyə gələrək İrandakı vəziyyəti şəxsən müşahidə edə bilərlər.

“Əgər məktubu oxuduqdan sonra hələ də şübhəsi qalan varsa, hər kəsi bura dəvət etməyə, onlara Hörmüz boğazını və ölkə daxilindəki vəziyyəti göstərməyə hazırıq”, – SEPAH nümayəndəsi deyib.

Mohebi əlavə edib ki, İrana səfər etmək imkanı olmayan şəxslərlə yazışma və digər kommunikasiya vasitələri ilə əlaqə saxlamağa da hazırdırlar.

Beləliklə, SEPAH-ın çağırışı ABŞ hökumətinə rəsmi diplomatik təklifdən daha çox, birbaşa Amerika ictimaiyyətinə ünvanlanan mesaj kimi təqdim olunur.
Geri dön