Ana Sayfa > Özəl > Rusiya Bakıya yeni silahlarını gətirir: “İskəndər”, “Pantsir” və dronlar nümayiş olunacaq

Rusiya Bakıya yeni silahlarını gətirir: “İskəndər”, “Pantsir” və dronlar nümayiş olunacaq


Bu gün, 21:14. Yazar: vasif
Rusiya Bakıya yeni silahlarını gətirir: “İskəndər”, “Pantsir” və dronlar nümayiş olunacaq




Rusiya sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək “ADEX-2026” beynəlxalq müdafiə sərgisində müxtəlif yeni hərbi texnika və silah sistemlərini təqdim edəcək.

“Rosoboronexport”un məlumatına görə, sərgidə “Lanset-E” kəşfiyyat-zərbə kompleksi, “Kub” ailəsinə daxil olan zərbə dronları, “RUS-PE” daşınan kəşfiyyat-zərbə sistemi və “Skat-350M” kəşfiyyat PUA-sı nümayiş etdiriləcək.

Hava hücumundan müdafiə və dronlara qarşı mübarizə vasitələri sırasında “Pantsir-S1M”, “Citadel” zenit artilleriya kompleksi və “Radeskan” sisteminin “Antidron” versiyası yer alacaq.

Rusiya tərəfi həmçinin “İskəndər-E” əməliyyat-taktiki raket kompleksi, “Floks” və “Malva” özüyeriyən artilleriya sistemləri, eləcə də “Drok” özüyeriyən minomyotunu təqdim etməyi planlaşdırır.

ADEX-2026-da 29 ölkədən 270-dən çox şirkətin iştirakının gözlənildiyi bildirilir. Azərbaycan, Türkiyə, İsrail, ABŞ, Rusiya, Çin, Pakistan və digər ölkələr də daxil olmaqla 14 dövlət sərgidə ayrıca milli pavilyonlarla təmsil olunacaq.
Geri dön