Ana Sayfa > Ölkə / Manşet > Azərbaycanda bu maşınlar sürətlə azalır

Azərbaycanda bu maşınlar sürətlə azalır


Bu gün, 10:47. Yazar: Subhan
Azərbaycanda bu maşınlar sürətlə azalır

Azərbaycanda minik avtomobillərinin sayı 2025-ci ildə 90 min 815 ədəd və ya 5,7% artaraq 1 milyon 676 min 80 ədədə çatıb.

aia.az “Marja”ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin sonunda ölkədə 1 milyon 585 min 265 minik avtomobili qeydə alınıb.

Markalar üzrə göstəricilərin təhlili göstərir ki, 2025-ci ildə minik avtomobili parkındakı artım bütün markalar arasında bərabər bölüşməyib. Xüsusilə Çin avtomobil markalarının sayında çox yüksək artım templəri qeydə alınıb. Eyni zamanda, ölkənin avtomobil parkında böyük paya malik bir sıra köhnə VAZ modellərinin sayı azalıb.

Ümumilikdə cədvəldə ayrıca göstərilən markaların 50-də avtomobillərin sayı artıb, 35-də azalıb, bir markada isə dəyişməyib.

2025-ci ilin ən diqqətçəkən göstəricilərindən biri “Changan” markası üzrə qeydə alınıb. 2024-cü ilin sonunda Azərbaycanda 8 min 950 “Changan” olduğu halda, 2025-ci ilin sonunda onların sayı 38 min 784-ə çatıb. Beləliklə, cəmi bir ildə “Changan” avtomobillərinin sayı 29 min 834 ədəd və ya 333,3% artıb. Faiz ifadəsində daha böyük sıçrayış “BYD” markasında müşahidə olunub. 2024-cü ildə 4 min 83 olan BYD avtomobillərinin sayı 2025-ci ildə 19 min 799-a yüksəlib.

Artımla yanaşı, Azərbaycanın avtomobil parkında struktur dəyişikliyini göstərən digər mühüm tendensiya köhnə VAZ modellərinin sayının azalmasıdır. “VAZ-2101, 03-06” avtomobillərinin sayı 2024-cü ildəki 199 min 68-dən 2025-ci ildə 190 min 874-ə düşüb. Bir ildə bu kateqoriyada 8 min 194 avtomobil və ya 4,1% azalma qeydə alınıb. Bu, bütün markalar və model qrupları arasında say ifadəsində ən böyük azalmalardan biridir.

2025-ci ilin sonunda Azərbaycanda avtomobillərin sayı 1 milyon 934 min 598 ədəd olub. 2024-cü ildə avtomobillərin sayı 1 milyon 833 min 874 ədəd idi. Bir il ərzində avtomobil parkı 100 min 724 ədəd və ya 5,5% böyüyüb.

Minik avtomobillərinin sayı 2024-cü ildəki 1 milyon 585 min 265 ədəddən 2025-ci ildə 1 milyon 676 min 80 ədədə yüksəlib. Beləliklə, minik avtomobillərinin sayı bir ildə 90 min 815 ədəd və ya 5,7% artıb.

aia.az
Geri dön