Ana Sayfa > Karusel / İqtisadiyyat > SOCAR-ın prezidenti “MAIRE Group”un baş icraçı direktoru ilə görüşüb

SOCAR-ın prezidenti “MAIRE Group”un baş icraçı direktoru ilə görüşüb


Bu gün, 20:32. Yazar: azer
SOCAR-ın prezidenti “MAIRE Group”un baş icraçı direktoru ilə görüşüb

28 sentyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “MAIRE Group”un baş icraçı direktoru Alessandro Bernini ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik inkişaf etdiyi bildirilib. SOCAR-ın İtaliyadakı fəaliyyətinin, o cümlədən “Italiana Petroli” şirkətinin səhmlərinin alınmasının ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın təzahürü olduğu vurğulanıb.

Söhbət zamanı SOCAR ilə MAIRE şirkəti arasında ötən illər ərzində neft emalı və neft-kimya sənayesində formalaşmış səmərəli tərəfdaşlıqdan məmnunluq ifadə olunub.

Tərəflər neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Geri dön