Ana Sayfa > Siyasət > Prezident İlham Əliyevin Uzaqgörən İqtisadi Strategiyası
Prezident İlham Əliyevin Uzaqgörən İqtisadi StrategiyasıBu gün, 17:56. Yazar: azer |
![]() Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi proseslərdə artan rolunun, ölkənin investisiya imkanlarının və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma oldu. Dövlətimizin başçısı çıxışında mövcud iqtisadi göstəricilərin təqdimatını etməklə yanaşı, Azərbaycanın qarşıdakı dövr üçün investisiya və inkişaf prioritetlərinin sistemli şəkildə ifadə etdi Dövlət başçımızın çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın gələcək iqtisadi inkişafını əvvəlki illərdə yaradılmış sabitlik və infrastruktur bazası üzərində qurmaq yanaşmasıdır. Belə ki, son iki onillik ərzində yaradılmış maliyyə və iqtisadi imkanlar ölkəyə yeni mərhələyə keçid üçün baza formalaşdırıb. Bu mərhələdə əsas məsələ əldə olunan imkanların daha yüksək əlavə dəyər yaradan sahələrə yönəldilməsi və iqtisadi artımın daha çox şaxələndirilməsidir. Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri neft-qaz sektorunun iqtisadiyyatda rolunu qorumaqla yanaşı, qeyri-neft sektorunun ixrac və investisiya potensialını genişləndirməkdir. Cənab prezident çıxışında qeyd etdi ki, ÜDM-in 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşsə də, ixrac strukturunda neft və qazın payı hələ də 90 faizdən yüksəkdir. Bu göstəricilər iqtisadi diversifikasiyanın qarşıdakı mərhələdə yalnız daxili istehsalın artırılması deyil, həm də ixrac strukturunun dəyişdirilməsi baxımından əhəmiyyət daşıdığını göstərir. Azərbaycanın enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafı ilə əlaqələndirilir. Cənab prezident süni intellekt və data mərkəzlərinin artan enerji tələbatını yeni investisiya istiqaməti olduğunu qeyd etdi. Beləliklə, enerji infrastrukturu artıq yalnız enerji ixracının deyil, yeni texnoloji iqtisadiyyatın inkişafının da bazasıdır. Eyni zamanda, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji sektorunda bir sıra mühüm sənədlərin mübadiləsi edilib. Bunlar arasında SOCAR, XRG və “TotalEnergies” arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı, SOCAR ilə “ExxonMobil” arasında Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi xüsusi yer tutur. Dövlət başçımız ənənəvi iqtisadi sahələrlə yanaşı, Azərbaycanın gələcək inkişafının texnologiya və rəqəmsal transformasiya üzərində qurulması istiqamətində də mühüm mesajlar səsləndirdi.Süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik və fiber-optik bağlantılar ölkənin yeni investisiya gündəliyinin əsas elementləri sırasındadır.Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt strategiyasının təsdiq edilməsi və forum çərçivəsində texnologiya şirkətləri ilə görüşlərin keçirilməsi də bu istiqamətin dövlət siyasətində ayrıca yer tutduğunu göstəricisidir. Forum çərçivəsində SOCAR ilə “Oracle” arasında Oracle Alloy Agreement üzrə sənədin mübadilə edilməsi də enerji şirkətinin fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi baxımından diqqət çəkən addımlardandır. Su ehtiyatlarının məhdudluğu, iqlim dəyişikliklərinin qlobal iqtisadiyyat üçün yaratdığı risklər və təchizat zəncirlərində mümkün pozuntular ərzaq təhlükəsizliyini strateji məsələyə çevirir. Bu baxımdan kənd təsərrüfatında texnologiyaların tətbiqi, suvarma sistemlərinin səmərəliliyinin artırılması, məhsuldarlığın yüksəldilməsi, aqrar logistikanın inkişafı və idxaldan asılılığın azaldılması həm dövlət, həm də özəl sektor üçün yeni investisiya istiqamətləri yaradır. Beləliklə, ərzaq təhlükəsizliyi artıq yalnız kənd təsərrüfatı siyasətinin məsələsi deyil, milli iqtisadi təhlükəsizliyin mühüm elementlərindən biridir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səslənən fikirlərin ümumi məzmunu göstərir ki, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri artıq mövcud investisiya etimadını yeni iqtisadi sahələrə yönəltməkdir. 30 il əvvəl enerji sektorunda yaradılmış uzunmüddətli tərəfdaşlıq modeli bu gün digər sahələr üçün də təcrübə mənbəyi kimi nəzərdən keçirilir. İnvestor üçün hüquqi sabitlik, proqnozlaşdırılan iqtisadi mühit, infrastruktur, enerji təminatı, insan kapitalı və regional bağlantılar birlikdə vahid investisiya ekosistemi yaradır. Azərbaycanın forumu məhz ölkə daxilində keçirməsi də bu baxımdan simvolik və praktiki əhəmiyyət daşıyır. Xarici investorların ölkəni yerində görməsi, iqtisadi və sosial mühiti bilavasitə müşahidə etməsi, dövlət və biznes nümayəndələri ilə birbaşa təmas qurması investisiya qərarlarının formalaşmasına əlavə informasiya verir. Bu yanaşma Azərbaycanın özünü yalnız rəqəmlər və təqdimatlar vasitəsilə deyil, real iqtisadi imkanları, infrastrukturu və insan kapitalı ilə təqdim etmək strategiyasının tərkib hissəsidir. Prezident cənab İlham Əliyevin çıxışından aydın görünən əsas strateji xətt Azərbaycanın qarşıdakı dövrdə əldə etdiyi iqtisadi və maliyyə imkanlarını yeni inkişaf sahələrinə yönəltmək niyyətidir. Beləliklə, bu gün Azərbaycan investisiya kapitalı uğrunda artıq təkcə neft-qaz ölkəsi kimi rəqabət aparmır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında sabit və proqnozlaşdırıla bilən biznes mühitinin, makroiqtisadi sabitliyin, investisiya iqliminin, nəqliyyat-logistika imkanlarının, vergi və gömrük stimullarının, dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin və birgə investisiya fondlarının əhəmiyyəti xüsusi olaraq vurğulanır. Ölkə rəhbərliyinin qiymətləndirməsinə görə, məhz bu alətlər Azərbaycanın qlobal dəyər zəncirlərinə sonrakı inteqrasiyasını təmin etməlidir. Azərbaycanın valyuta ehtiyatlarının birbaşa xarici dövlət borcunun həcmindən təqribən 20 dəfə çox olması investorlar üçün ən böyük zəmanətdir. Güclü ehtiyat mövqeyi və nisbətən kiçik xarici borc dövlətə xarici konyunkturanın pisləşməsi şəraitində belə iqtisadi siyasət yürütmək üçün məkan yaradır. Məhz eyni zamanda müharibələrin və ticarət münaqişələrinin baş verdiyi, logistik zəncirlərin yenidən qurulduğu və energetika bazarlarının dəyişdiyi dünyada proqnozlaşdırıla bilmək qabiliyyəti xüsusilə dəyərli olur. Və bütün bunlar birlikdə Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi strategiyasının uzaqgörənliyinin və səmərəliliyinin növbəti sübutudur. Şövqi Həsənov, YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı Geri dön |