Ana Sayfa > Gündəm > Yeni nazir kollektivə təqdim edildi

Yeni nazir kollektivə təqdim edildi


Bu gün, 15:30. Yazar: azer
Yeni nazir kollektivə təqdim edildi

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Mehbalı oğlu Muradov kollektivə təqdim edilib.

aia.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ovni Muradovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təsdiq edilməsi haqqında qərarını diqqətə çatdırıb.

Baş nazir ona fəaliyyətində uğurlar arzulayıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Ovni Muradovu yeni vəzifəyə təsdiq olunması münasibətilə təbrik edib, təhsil sahəsində həyata keçirilən tədbirlərin bundan sonra uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, sentyabrın 25-də Ovni Muradovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin olunması ilə bağlı Naxçıvan MR Ali Məclisinin sessiyasında qərar qəbul edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.
Geri dön