Ana Sayfa > Ölkə > Əvəz Zeynallı 2-ci Fəxri xiyabanda dəfn olunacaq?
Əvəz Zeynallı 2-ci Fəxri xiyabanda dəfn olunacaq?Bu gün, 14:44. Yazar: azer |
![]() Tanınmış jurnalist, “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının vəfatından sonra onun dəfn yeri ilə bağlı müraciət edilib. aia.az xəbər verir ki, Əvəz Zeynallının həyat yoldaşı Məlahət Qisuri Zeynallı sosial şəbəkə hesabında jurnalistin 2-ci Fəxri xiyabanda dəfn olunması ilə bağlı müraciət etdiklərini açıqlayıb. “Əvəz Zeynallının 2-ci Fəxri Xiyabanda dəfn olunması ilə bağlı müraciət etmişik və cavab gözləyirik”, - deyə Məlahət Zeynallı bildirib. Qeyd edək ki, 56 yaşlı Əvəz Zeynallı uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Xatırladaq ki, mərhum jurnalist 2024-cü ildə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xəstəliyi ilə əlaqədar olaraq vaxtından əvvəl azadlığa buraxılan Əvəz Zeynallı aylarla Türkiyədə müalicə alıb. Murad İsmayıl Geri dön |